Ötən il Azərbaycanda doğulan oğlan uşaqları üçün gözlənilən ömür uzunluğu 73,5 il, qızlar üçün isə 78,4 il müəyyən edilib.
Manevr.az yeniavaz-a istinadla xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.
Müqayisə üçün bildirək ki, 2022-ci ildə doğulanlarla müqayisədə ötən il kişilər üçün gözlənilən ömür uzunluğu azalıb, qadınlar üçün isə dəyişməz qalıb. Belə ki, 2022-ci ildə doğulan oğlan uşaqları üçün gözlənilən ömür uzunluğu 73,6 il olub.
Məlumat üçün bildirək ki, kişilərdə gözlənilən ömür uzunluğu sonuncu dəfə 2016-cı ildə bu səviyyədə olub. Sonrakı illərdə artmağa başlayıb və 2019-cu ildə 73,8 ilə yüksəlib. 2020-ci ildə isə kəskin şəkildə aşağı düşərək 69,5 il olub. Lakin sonrakı 2 ildə yenidən artıb. Ötən il isə yenidən azalıb.
Xəbər lenti
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































