Xəbər lenti
Xudafərin Su Anbarı hansı məqsədlər üçün istifadə ediləcək? - DETALLAR
Manevr.az xəbər verir ki, bu infirmasiyanı Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Sarvan Ağayev jurnalistlərə bildirib.
Onun sözlərinə görə, su tutumu 1,612 milyard kubmetr olan Xudafərin Su Anbarı həm əkin sahələrinin suvarılması, həm də enerji istehsal olunması üçün nəzərdə tutulub:
"Bundan başqa, aşağı hissədə Qız qalası Su Anbarı yerləşir və anbarın həcmi 62 milyon kubmetrdir. Bu su anbarından sugötürmə qabiliyyəti 50 kubmetr/saniyə olan suvarma kanalının çəkilməsi nəzərdə tutulur və bunun üçün layihə hazırlanır. Sözügedən kanal çəkiləndən sonra Cəbrayıl, Füzuli və digər rayonların əkin sahələrinin su təminatı yaxşılaşacaq".
Xatırladaq ki, Xudafərin Su Anbarı Cəbrayıl və Zəngilan rayonlarının inzibati ərazisində - Şərqi Zəngəzurda yerləşir. Respublika ərazisində böyük həcmli su hövzələrindən olan Xudafərin Su Anbarı ərazidə "yaşıl enerji” təminatı ilə bərabər, həm də suvarma işlərinin yaxşılaşdırılması üçün böyük potensiala malikdir.bizim.media
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar