Xəbər lenti
Azərbaycanda boşanan ailələrin uşaq sayı AÇIQLANDI
Rəsmi statistika göstərir ki, Azərbaycanda boşanmalar hər il artır. Təbii ki, dağılan ailələrin bir çoxunda uşaqlar da var və boşanmalardan ən çox əziyyət çəkənlər də onlar olur.
Bəs son 1 ildə boşanan neçə ailə uşaqlı, neçəsi uşaqsızdır?
Dövlət Statistika Komitəsindən bildirilib ki, 2023-cü ildə Azərbaycanda 21688 boşanma qeydə alınıb.
Boşanan ailələrin 9510-da uşaq dünyaya gəlməyib.
Dağılan 4748 ailə bir uşaqlı olub. 7430 ailədə isə uşaqların sayı iki və daha çox olub. Bu, ümumilikdə 12178 uşaqlı ailə deməkdir.
2023-cü ildəki boşanmalar nəticəsində 21689 uşaq valideynlərdən biri ilə qalmağa məcbur olub.
Bu rəqəmlər əvvəlki illərlə müqayisədə xeyli yüksəkdir. 2024-cü ilə dair rəqəmlərin isə bir qədər də çox olacağı istisna edilmir.modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar