Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şəhid ailəsi üçün Prezident təqaüdünü neçə nəfər alır? - RƏSMİ

Tarix: 28-08-2024 14:42     Baxış: 447 A- / A+
Şəhid ailəsi üçün Prezident təqaüdünü neçə nəfər alır? (RƏSMİ)
Azərbaycanda şəhid ailəsi üçün təyin olunmuş Prezident təqaüdü alan şəxslərin sayı açıqlanıb.

Manevr.az
-ın məlumatına görə, modern.az saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib ki, 2024-cü il iyulun 1-i vəziyyətinə şəhid ailəsi üçün Prezident təqaüdü 18 493 nəfərə təyin edilib. Təqaüdün bir nəfərə düşən orta aylıq məbləği 385,35 manat təşkil edib.

Xatırladaq ki, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir:

- arvadına (ərinə);
-  valideynlərinə;
-  18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına;
-  uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına;
- qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə.

Şəhidin ailə üzvləri tədris müəssisələrində əyani təhsil aldıqda, həmin təqaüd təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək ödənilir.

"Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir.

Şəhid ailəsi üçün Prezident təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 manat müəyyən edilib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar