Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xəzər dənizi niyə dayazlaşır?

Tarix: 28-08-2024 11:02     Baxış: 367 A- / A+
Xəzər dənizi niyə dayazlaşır?
"Alimlər Xəzər dənizinin dayazlaşmasını siklonların istiqamətinin dəyişməsi ilə əlaqədar Volqa hövzəsində orta illik yağıntının azalması ilə əlaqələndirirlər".

Manevr.az
xəbər verir ki, bu fikirləri TASS-a Rusiya Elmlər Akademiyasının Cənub Elmi Mərkəzinin aparıcı elmi işçisi, biologiya elmləri namizədi Vladimir Uşivtsev bildirib.Çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putin Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə görüşündə Xəzər dənizinin dayazlaşmasının qarşısını almaq üçün elmi təhlillərin aparılmasına göstəriş verib.

"Ümumiyyətlə, Xəzər dənizinin dayazlaşması bir nəticədir. Səbəb ilk növbədə iqlim dəyişikliyidir. Təxminən 20 il əvvəl Rusiyanın mərkəzi hissəsindən keçən və yağıntılarını Volqa su hövzəsinə tökən Atlantik okeanından daim siklonlar gəlirdi. Bu sular Xəzər dənizinə tökülürdü və dənizin öz buxarlanma balansı, su axını var idi. Hazırda bu siklonlar daha da şimala doğru hərəkət edir və yağıntıları Moskva, Sankt-Peterburq ərazilərinə tökür və Şimal Buzlu Okeanına qarışır. Hazırda isə Volqada su qıtlığı yaranıb, o, çox dayazlaşıb və müvafiq olaraq Xəzər dənizi də dayazlaşıb", - deyə Uşivtsev bildirib.

Alimin sözlərinə görə, başqa bir siklon dövrü, müasir iqlim şəraitində Cənub siklonu da Volqadan yan keçərək yağıntıları Don və Dnepr su hövzələrinə tökür.oxu.az 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar