Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakı metropolitenində iş rejimi gücləndiriləcək

Tarix: 27-08-2024 14:34     Baxış: 355 A- / A+
Bakı metropoliteni “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası turnirinin pley-off mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi oyunla əlaqədar arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyasında dəyişdirilmiş iş rejimində çalışacaq.
Manevr.az-ın "Bakı Metropoliteni" QSC-yə istinadən verdiyi məlumata görə, qurumun kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, stansiya gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Saat 20:00-da başlanacaq matça tamaşaçı marağı, sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq, əlavə tədbirlər də görüləcək.

“Gənclik” stansiyasında nəzarət mexanizmləri gücləndiriləcək və növbətçilik cədvəli tərtib olunacaq. Stansiyada sərnişinlərin yönləndirilməsi, səmti daha rahat müəyyən etməsi məqsədilə əlavə işçi qüvvəsi ayrılacaq.
“Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirlər nəzərdə tutulacaq.
Qatarlar gün ərzində yay qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək. Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.
Qatarların hərəkəti qarşılaşma başa çatandan sonra məhz “Gənclik” stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar