Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq silah və döyüş sursatları saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı əvvəllər narkotiklərə görə məhkum olunmuş Amil Hüseynov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun yaşadığı ünvana keçirilən baxış zamanı 1 ədəd "AK-74" markalı avtomat, 14 ədəd patron və 1 ədəd patron darağı aşkarlanıb.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən müvafiq sənədləri olmayan odlu silahların könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində isə rayon sakinlərindən 8 ədəd ov tüfəngi təhvil götürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar