Xəbər lenti
51 yaşında yenidən tələbə oldu
51 yaşlı tələbə bildirib ki, daha öncə təhsil alsa da bu il yenidən tələbə olmaq qərarı verib:
"Məktəbi yaxşı qiymətlərlə oxuyub bitirmişəm. Öncə Bakı Neft - Energetika Kollecində təhsil aldım. Daha sonra isə Azərbaycan Dövlət Neft Akademiyasına qəbul oldum. Lakin diplom müdafiəsində iştirak edə bilmədim. Buna səbəb isə artıq ailə qurmağım və böyük oğlumun dünyaya gəlməsi idi. Məhz müdafiədə iştirak edə bilmədiyim üçün diplom da ala bilmədim. Bu, illərlə ürəyimdə qalmışdı. Düzdür uzun illər kənddə repetitor kimi fəaliyyət göstərmişəm. Hər iki oğlumun təhsili ilə özüm məşğul olmuşam, onlar da ali təhsil alıblar. Bu il qərar verdim ki, artıq mən də hazırlaşıb sənəd verim. Elə də etdim və qəbul oldum".
Həqiqət xanım deyir ki, bunun üçün o cəmi bir ay hazırlaşmalı olub: "Gün ərzində ev işlərimi və yanıma gələn şagirdləri yola saldıqdan sonra 4-5 saat vaxt ayıraraq hazırlaşdım. 267 bal topladım və istədiyim ixtisasa qəbul oldum. Ailəm və övladlarım məni çox dəstəklədi. Qiyabi təhsili seçmişəm. Həyat yoldaşım, hətta dedi ki, əyani təhsil al. Amma özüm götür-qoy etdim və gördüm ki, belə daha uyğun olar. Ətrafdan qınayanlar çox oldu. Sosial şəbəkədə bu sevincimi bölüşdüm, amma mənfi rəylər aldım. Gənclərə demək istərdim ki, heç biri həvəsdən düşməsin. Əgər bu il alınmadısa, yenidən cəhd etsinlər". qafqazinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar