Sizin Reklam Burada
Xəbər lenti
17-09-2024
16-09-2024
BÜTÜN XƏBƏRLƏR

"Bir-birimizə halallıq vermişik, Emilin üç mərasimi günü gəlib mənə sual verdilər ki..."-Sabrina əsəbləşdi - Şəkillər

Tarix: 22-08-2024 21:03     Baxış: 449 A- / A+
"Bir-birimizə halallıq vermişik, Emilin üç mərasimi günü gəlib mənə sual verdilər ki..."-Sabrina əsəbləşdi-FOTO"Emildən sonra toparlanmışam, ayaqda durmağa çalışıram. İşlərimlə məşğulam. Amma Emilin adı, havası gələndə çox pis oluram. Hər dəfə istər gecə, istərsə də gündüz vaxtı evə Emillə gəlirdim. İndi onsuz evə keçəndə özümü pis hiss edirəm.

Amma həyat davam edir. Hərəmiz kimin üçünsə yaşayırıq. Ona görə də yerdə qalan həyatımı anama, qızıma və sənətimə həsr etmişəm". Mərhum sənətçi Emil Rəhmanovun həyat yoldaşı müğənni Sabrina deyib. O daha sonra ünvanına yazılan tənqidlərə cavab verib.

"Biz Emillə ailə həyatı quranda o həbsxanadan yeni çıxmışdı. Sənət fəaliyyəti də oz zirvədə deyildi. Düzdür, o sənətkar doğulmuşdu, amma o qədər də gündəmdə deyildi. Mən Emillə evli olandan sonra 3 il əlimə mikrofon götürməmişəm. Çünki o istəməyib. Daha sonra duetlər yazdırmışıq, onunla səhnə bölüşmüşük. Yalnız ailə məclislərinə, özü ilə bərabər televiziya verilişlərinə getmişik. Özünüz də yəqin fikir vermisiniz ki, mən onsuz heç bir televiziya proqramına qatılmamışam. Heç bir müsahibə vermirdim. Heç bir məclisə tək getməmişdim. Emillə bərabər olduğum müddətdə heç bir sosial həyatım olmayıb. Bunu ən azından jurnalistlər yaxşı bilir. O ki, qaldı ağzıgöyçəklərə, hansılar ki, deyir mən Emilin sənətinə görə onunla ailə həyatı qurmuşam... İnsan öləndən sonra o qədər hadisələr baş verir, o qədər lazımsız sözlər danışırlar ki.. Mən öz sənətiminin elə bir yerindəyəm ki, tək fəaliyyət göstərirəm. Yeni mahnılar yazdırıb, kliplər çəkdirirəm, televiziya proqramlarına qatılıram. Çox adam çox şey danışacaq. Amma bunların mənə heç bir təsiri yoxdur. Zatən biz bir-birimizə halallıq vermişik. Mənim borcum olub o mənim yanımda olub, onun borcu olub yanında məni görüb. Kim ailəsinə etmir ki? Hansı normal qadın öz ailəsinə baxmır? Və yaxud hansı normal kişi öz ailəsinə can yandırmır? Bizdə hər şey qarşılıqlı olub. Emil rəhmətə gedəndə üç mərasimi günü gəlib mənə sual verdilər ki, siz onun üçün çox əziyyət çəkmisiz. Bu sözlər mənə pis təsir edir. Necə yani? Hər bir qadın ailəsi üçün fədakarlıq edir. Mən də onlardan biri" deyə müğənni bildirib.
Sabrina "Deyirlər Emilin ailəsi ilə münasibətiniz yoxdur?" sualına belə cavab verib.

"Vallah rəhmətliyin dünən anası bizdə olub. Ondan da bir 10 gün əvvəl Rəhman dayı və yoldaşı bizdə idi. Mənim əlaqəm çox yaxşıdır, gözəldir. Niyə görə əlaqəm pis olmalıdır ki? Qətiyyən elə bir şeylər yoxdur" deyə müğənni bildirib.

Sabrina Emilin yas məclisinə gəlməyənlərdən də danışıb.
"Emil xəstə yatağında yatmayıb. Axşamüstü onu xəstəxanaya aparmışıq, səhər də rəhmətə gedib. O ki, qaldı hüzürə gəlməyənlərə.. Hamının yeri onsuz da oradır. Nə qədər xeyirdən-şərdən qalan insanlar var ki, onlara da bu qismət olacaq.
 Ona görə də bunlara fikir vermirəm. Allah Emilin ruhunu şad etsin, məkanı cənnət olsun. Onlar gəlsə nə olacaqdı? Guya onlar gəlməsəydi mən hüzürümü yola verməyəcəkdim? Emil bizim ailədən getdi. Zərbə bizə dəydi" deyə sənətçi bildirib. moderator.az 

Manevr.az 
"Bir-birimizə halallıq vermişik, Emilin üç mərasimi günü gəlib mənə sual verdilər ki..."-Sabrina əsəbləşdi-FOTO"Bir-birimizə halallıq vermişik, Emilin üç mərasimi günü gəlib mənə sual verdilər ki..."-Sabrina əsəbləşdi-FOTO

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar