Xəbər lenti
"Bir-birimizə halallıq vermişik, Emilin üç mərasimi günü gəlib mənə sual verdilər ki..."-Sabrina əsəbləşdi - Şəkillər
"Biz Emillə ailə həyatı quranda o həbsxanadan yeni çıxmışdı. Sənət fəaliyyəti də oz zirvədə deyildi. Düzdür, o sənətkar doğulmuşdu, amma o qədər də gündəmdə deyildi. Mən Emillə evli olandan sonra 3 il əlimə mikrofon götürməmişəm. Çünki o istəməyib. Daha sonra duetlər yazdırmışıq, onunla səhnə bölüşmüşük. Yalnız ailə məclislərinə, özü ilə bərabər televiziya verilişlərinə getmişik. Özünüz də yəqin fikir vermisiniz ki, mən onsuz heç bir televiziya proqramına qatılmamışam. Heç bir müsahibə vermirdim. Heç bir məclisə tək getməmişdim. Emillə bərabər olduğum müddətdə heç bir sosial həyatım olmayıb. Bunu ən azından jurnalistlər yaxşı bilir. O ki, qaldı ağzıgöyçəklərə, hansılar ki, deyir mən Emilin sənətinə görə onunla ailə həyatı qurmuşam... İnsan öləndən sonra o qədər hadisələr baş verir, o qədər lazımsız sözlər danışırlar ki.. Mən öz sənətiminin elə bir yerindəyəm ki, tək fəaliyyət göstərirəm. Yeni mahnılar yazdırıb, kliplər çəkdirirəm, televiziya proqramlarına qatılıram. Çox adam çox şey danışacaq. Amma bunların mənə heç bir təsiri yoxdur. Zatən biz bir-birimizə halallıq vermişik. Mənim borcum olub o mənim yanımda olub, onun borcu olub yanında məni görüb. Kim ailəsinə etmir ki? Hansı normal qadın öz ailəsinə baxmır? Və yaxud hansı normal kişi öz ailəsinə can yandırmır? Bizdə hər şey qarşılıqlı olub. Emil rəhmətə gedəndə üç mərasimi günü gəlib mənə sual verdilər ki, siz onun üçün çox əziyyət çəkmisiz. Bu sözlər mənə pis təsir edir. Necə yani? Hər bir qadın ailəsi üçün fədakarlıq edir. Mən də onlardan biri" deyə müğənni bildirib.
Sabrina "Deyirlər Emilin ailəsi ilə münasibətiniz yoxdur?" sualına belə cavab verib.
"Vallah rəhmətliyin dünən anası bizdə olub. Ondan da bir 10 gün əvvəl Rəhman dayı və yoldaşı bizdə idi. Mənim əlaqəm çox yaxşıdır, gözəldir. Niyə görə əlaqəm pis olmalıdır ki? Qətiyyən elə bir şeylər yoxdur" deyə müğənni bildirib.
Sabrina Emilin yas məclisinə gəlməyənlərdən də danışıb.
"Emil xəstə yatağında yatmayıb. Axşamüstü onu xəstəxanaya aparmışıq, səhər də rəhmətə gedib. O ki, qaldı hüzürə gəlməyənlərə.. Hamının yeri onsuz da oradır. Nə qədər xeyirdən-şərdən qalan insanlar var ki, onlara da bu qismət olacaq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar