Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Məhkəmələrə müraciətlərlə bağlı yenilik

Tarix: 21-08-2024 14:14     Baxış: 481 A- / A+



"Elektron məhkəmə" informasiya sisteminin təkmilləşdirilməsi çərçivəsində məhkəmələrə elektron qaydada müraciət etmək imkanı genişləndirilir.
Manevr.az xəbər verir ki, "elektron kabinet" istifadəçisi olan fiziki və hüquqi şəxslər, o cümlədən dövlət orqanları "Elektron kabinet" vasitəsilə apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsi qismində baxdığı inzibati mübahisələr üzrə iddia ərizələrini elektron qaydada məhkəmələrə göndərə biləcək. Eyni zamanda iş üzrə prosesin gedişi, çıxarılan məhkəmə aktları, onlardan verilən şikayət barədə operativ məlumat əldə edəcəklər.
İstifadəçilər məhkəmələrə bu tip iddia ərizələri vermək üçün ilk növbədə "elektron kabinet"ə daxil olmalı, oradan "Yeni ərizə" bölməsinə keçid edərək müvafiq apellyasiya instansiya məhkəməsini seçməli, iddia üzrə zəruri məlumatların daxil edilməsini ardıcıl şəkildə təmin etməli və elektron imza ilə təsdiq etməlidirlər.
Apelyasiya məhkəməsinin birinci instansiya məhkəməsi qismində baxdığı seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı mübahisələr, media ilə bağlı mübahisələr, siyasi partiyalarla bağlı mübahisələr, Mərkəzi Seçki Komissiyasının qərarının mübahisələndirilməsinə dair mübahisələr və digər bu tip işlər üzrə icraatın elektron qaydada aparılması məhkəmələrdə rəqəmsallaşma prosesinin  sürətləndirilməsinə xidmət edəcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar