Sizin Reklam Burada
Xəbər lenti
17-09-2024
16-09-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bu yanacaqdoldurma məntəqələri bağlandı - ŞƏKİL

Tarix: 21-08-2024 12:45     Baxış: 449 A- / A+

"MSDIS Holding"ə məxsus "MS Oil" yanacaqdoldurma məntəqələrinin (YDM) bir qismi bağlanıb.
Manevr.az-ın məlumatına görə, "MS Oil" Nərimanov, Səbail və Abşeron rayonunun Mehdiabad qəsəbəsində və daha bir neçə ünvanda öz fəaliyyətini dayandırıb.
Artıq "MS Oil"in Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 65 ünvanında və Səbаil rауonu, Salyan şosesinin (Şıxov) 13-cü km ünvanında yerləşən yanacaqdoldurma məntəqələrində "SOCAR" brendli YDM-lər fəaliyyətə başlayıb.
Məlumat üçün bildirək ki, "SOCAR" brendli YDM-in Şıxovdakı ünvanda avqustun 10-da, Nərimanovdakı ünvanda isə avqustun 13-də açılışı olub. Bununla da, ölkə ərazisində "SOCAR" brendli YDM-lərin sayı 62-yə çatıb.
Əvvəllər "MS Oil"in Bakı və regionlarda benzin, dizel və qaz yanacağının satışını həyata keçirən 12 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərib.
Xatırladaq ki, "MSDIS Holding" inşaat, istehsalat və yanacaqdoldurma sektorları üzrə fəaliyyət göstərir. Holding "MS Sement" sement istehsal müəssisəsinə, "MS Kabel" kabel istehsalı müəssisəsinə, "MS Asfalt" asfalt istehsalı müəssisəsinə, daş və qum-çınqıl yatağı ilə məşğul olan "MS Karyer" müəssisəsinə, "MS Laminat"şirkətinə və "MS Oil" yanacaq doldurma məntəqələrinə sahibdir. "MSDIS Holding" bu ayın əvvəlində nizamnamə kapitalını kəskin azaldıb. Şirkətin nizamnamə kapitalı 2 572 000 manatdan azaldılaraq 500 manat olub. "MSDIS Holding" MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb, onun qanuni təmsilçisi Mirfəyyaz Nağıyev Oktay oğludur.iqtisadiyyat.az

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar