Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakı məhkəməsi Naxçıvanla əlaqə qura bilmir?

Tarix: 20-08-2024 19:18     Baxış: 4159 A- / A+
“Elektron məhkəmə” sistemindən kassasiya şikayətlərinə vəkil qadağası Cinayət işlərində də vəkilin tərəf(gir)liyi tələb olunur DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyevin, müavini Elnur Qurbanovun vəzifələrindən sui-istifadə edərək 1-ci dərəcəli Qarabağ qazisinin pensiyasını mənimsəmələri, hətta 7 il qabaqkı 05.07.2017 tarixli, 2-1(81)-1889/17 saylı Bakı İnzibati Məhkəməsinin dövlətin adından çıxardığı məhkəmə qərarını 6 ildən sonra 01.04.2023-cü ildən özbaşına “ləğv etmə”lərinə 17 aydır qiymət verilmir.

Baş prokurorluğun 161 və 961 “qaynar xətt” bağlantı mərkəzləri hər ayda 4-5 dəfə şikayəti qeydə alsalar da, bu 17 ayda toplam yüzə yaxın telefon, minə yaxın yazılı, elektron müraciətlər edilsə də, hələ də ayda ən azı 155 manatı yeyilən zərərçəkənin bircə yol da olsa izahatı belə alınmayıb. Ən yaxşı halda məhkəmə qərarlarının icra olunmaması ilə bağlı Ədliyyə Nazirliyinin CM-in 306 maddəsi əsasında cinayət işi qaldırmalı olması vurğulanıb. Ədliyyə Nazirliyi də “partizan kimi susur”. Eləcə də Bakı şəhər prokurorluğu, Nərimanov rayon prokurorluğu, pensiyaların düz hesablanmaması cinayətlərinin prokurorluğun araşdırmalı olmasına baxmayaraq, görəvlərinin icrasından imtina edir. Ali dövlət hakimiyyəti orqanlarından, Ombudsmandan, Hesablama Palatasından, Maliyyə Nazirliyindən gələn şikayətləri də DSMF-in pensiya dəllalları elə cavablandırır ki, eldə deyildiyi kimi, nə şiş yanır, nə kabab.

“Yanan” Qarabağ qazisinin qanpulusu, pensiyası olur. Hətta qərəzlə qazinin həyat yoldaşının pensiyasını da azaldıblar ki, 7 il qabaq düz hesablanmayıb. Bəs dövlət hakimiyyətinin üç qolundan biri olan məhkəmə hakimiyyəti? Bakı İnzibati Məhkəməsi İPM-in 116.2 maddəsinə , Ali Məhkəmə Plenumunun 19.11.2021 tarixli, 10 nömrəli “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Qərarına uyğun olaraq birinci instansiya məhkəməsi kimi icranı təmin etməyə borclu olsa da, xidməti görəvindən, borcundan imtina edir. Özbaşınalığa baxın, dövlətin məhkəmə hakimiyyəti (Ombudsman, Hesablama Palatası, PA, NK, MM , ... kimi) DSMF-in pensiya filialının (direktor Şahin Əliyev, müavini Elnur Qurbanov) YALAN, BÖHTAN məlumatını Konstitusiyadan üstün tutub bildirir ki, dövlətin adından çıxarılan 05.07.2017 tarixli məhkəmə qərarını 01.01.2021-ci ildə qüvvəyə minən qanun ləğv edib.(?) Qanunun məhkəmə qərarını ləğv etmək “səlahiyyətinin” olmadığını Konstitusiya, Konstitusiya Məhkəməsinin Plenumu doğrulasa da, nə Bakı İnzibati Məhkəməsi, nə də ƏƏSMN-in, DSMF-in şəxsi heyəti Konstitusiyanın ölkənin ən yüksək hüquq qüvvəsinə malik olan qanun olduğunu qəbul edir. Bunların, elə bil, öz rüşvət, korrupsiya qanunları var!(?) Bakı İnzibati Məhkəməsinin qərarın icrasının özbaşına dayandırılmasına qiymət verməməsi, prokurorluğun , ədliyyə sisteminin 17 aylıq susqunluğu Qarabağ qazisini xüsusi ittiham qaydasında məhkəməyə üz tutmağa vadar edib. Bakı şəhəri, Nərimanov məhkəməsi heç bir əsas olmadan , saxtalıqla şikayəti icraata götürməkdən imtina edib. Xüsusi ittihamçının CPM-in 103.3, 194.1 maddələri əsasında dövlət hesablna vəkillə təminatı, 51-1, 51-2 maddələri əsasında işin şəxsi kabinetdə yerləşdirilməsi, iclasın videokonfrans əlaqə sistemi vasitəsilə keçirilməsi haqqında ərizə, vəsatətlərinə isə baxılmayıb. Hətta şəxsi kabinetdən verdiyi apellyasiya şikayəti belə şəxsi kabinetdə yerləşdirilməyib.

Qazi Naxçıvanda astmadan müalicədə olanda Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24.07.2024 tarixli sms-bildirişi ilə 18 saat sonraya- 25.07.2024-cü ilə iclasa çağırılıb. Halbuki CPM-in 298.3.2 maddəsi bildirişin iclasın vaxtına ən azı 3 gün qalmış verilməli olduğunu doğrulayır. Naxçıvandan məhkəməyə elektron müraciətə cavab olaraq iclasın 08.08.2024-cü ilə keçirildiyi sms-lə bildirilib. Yenə də Qarabağ qazisinin işin CPM-in 51-1, 51-2 maddələri əsasında şəxsi kabinetə yerləşdirilməsi, iclasın videokonfrans əlaqə sistemi vasitəsilə keçirilməsi, dövlət hesabına vəkillə təminatı haqqında müraciətlərinə baxılmayıb. Çoxsaylı şikayətlərdən sonra 16.08.2024-cü ildə “e-məhkəmə” sistemindən şəxsi kabinetə məlumat gəlib. Kabinetdə köhnə tarixə bir neçə akt, eləcə də yekun 08.08.2024-cü il tarixli icraatdan imtina qərarı yerləşdirilib.

Özbaşınalığa baxın, 08.08.2024-cü il tarixli qərar 8 gündən sonra 16.08.2024-cü ildə şəxsi kabinetdə yerləşdirilib. Hələ bu harasıdır, heç demə, məhkəmə 1-ci dərəcəli zərəçəkən şikayətçiyə “məhkum” kimi ( bu “məhkum”luğa görə məhkəmənin özü məhkəməyə veriləcək) dövlət hesabına ayırdığı vəkil orderini şəxsi kabinetə qərardan 11 gün sonra- 19.08.2024-cü ildə təqdim edib. Orderin yazılma tarixi isə bir gün qabaq 07.08.2024-cü ildir. Belə müdafiə ilə kimin hüquqları qorunar: 1-ci dərəcəli qazinin, yoxsa məhkəmə özbaşınalığının? Maraqlıdır ki, iclasın videokonfrans əlaqə sistemi vasitəsilə keçirilməsinin mümkünsüzlüyü Naxçıvanla əlaqə yaratmağın müşkül olması ilə izah edilib (?) Halbuki CPM-də hətta xarici ölkədə olan şəxslərlə uyğun məhkəmələr yolu ilə əlaqə yaratmağın vacibliyi doğrulanıb. Eyni zamanda 08.08.2024-cü il tarixli iclas olanda qazi Bakıda olub. Bakı ilə də videokonfrans sistemi ilə əlaqə mümkün deyil? Nə isə, necə deyərlər, olan olub, torba dolub. İndi qərardan kassasiya şikayəti verməyə də “elektron məhkəmə” sistemi süni qadağa qoyub. Şəxsi kabinetdən şikayəti yazıb təsdiqləmək olmur. Anında qırmızı hərflərlə “ kassasiya şikayətinə “VƏKİL” tərəf kimi əlavə edilməlidir” qadağası ilə üzləşirsən. Axı cinayət işində kassasiya şikayətini vəkilin yazması məcburi deyil! Hələ ki, “e-məhkəmə” sisteminin kassasiya şikayətlərinə süni texniki qadağası sürür. Onda bu sistemlə məhkəməyə əlçatanlıq necə təmin edilə bilər? Qadağanı fikirləşənlər məhkəmə müdafiəsi azadlığını da fikirləşməyə borcludurlar.

Məğrur Bədəlsoy


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar