Xəbər lenti
“Şərurlu İsfəndiyar”a 5 milyon “atan” bankirin ailəsi məhkəməni uddu
Bakı Apellyasiya Məhkəməsində hakim Zaur Hüseynovun sədrliyi ilə bankir Nadir İsmayılovun ailə üzvlərinin şikayətinə baxılıb. Nadir İsmayılovun ailə üzvləri Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xüsusi müsadirəyə götürülmüş əmlaklarının onlara qaytarılmasını tələb edirdilər.
Manevr.az-ın Musavat.com-a istnadala xəbərinə görə, məhkəmə bankirin ailə üzvlərinin şikayətini təmin edib və 0,18 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, Bakının mərkəzində yaşayış evini, “Jeep Wrangler”, “Mersedes Benz S 500”, “Bentley Continental” və “Mersedes Benz G63 AMG” markalı maşınları onlara qaytarılması qərarı verib.
Nadir İsmayılov “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri olub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2022-ci ilin fevralında 14 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmənin hökmü ilə ümumilikdə 5 milyon manat dəyərləndirilən, ibtidai istintaq dövründə üzərinə həbs qoyulan Nadir İsmayılovun aşağıdakı əmlakları müsadirə edilib:
- Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 117B, mənzil 42 və 43
- Xətai rayonu, Babək prospektində yerləşən 0,3809 kv.m torpaq sahəsi, ünvan 11 ünvanda yerləşən 0,0804 ha torpaq sahəsi
- Nəsimi rayonu, ünvan 12-də yerləşən qeyri-yaşayış sahəsi
- Xətai rayonu, Babək prospekti 8/10 (10-cu Zavod-8) ünvanda yerləşən 733,7 kv.m qeyri-yaşayış sahəsi
- Bakıda yerləşən daha bir mənzil
Ailə üzvlərinin adına olan 0,18 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi
- Başqa bir yaşayış evi
- “Jeep Wrangler”, “Mersedes Benz S500”, “Bentley Continental” və “Mersedes Benz G63 AMG” markalı maşınlar.
Ailə üzvlərinə qaytarılan əmlakların ümumi dəyərinin 1 milyon manatı aşdığı bildirilir.
Bankir Nadir İsmayılovun cinayət dosyesi üzrə əsas zərərçəkənlərdən biri də “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovdur. O, Nadir İsmayılovdan 5 milyon tələb edir. “Şərurlu İsfəndiyar” deyir ki, Nadir İsmayılov “Zaminbank”a rəhbərlik etdiyi dönəmdə bankdan ona 10 milyon manat kredit ayrılıb, amma həmin məbləğin 5 milyon manatını Nadir İsmayılov özü üçün götürüb. Nadir İsmayılov isə deyir ki, “Şərurlu İsfəndiyar” pulun qalan hissəsini Türkiyədə olan oğluna göndərib.
Nadir İsmayılov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. O, 2010-2015-ci illərdə banka məxsus külli miqdarda pul vəsaitini mənimsəməklə “Zaminbank” ASC-nin əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə suçlanır. Onun ayrı-ayrı şəxslərə qarşı 5 milyon 175 min manatlıq dələduzluq etdiyi də bildirilir.
Nadir İsmayılov Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və dələduzluq maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi bankirin cəzasını 10 ilə endirib.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar