Xəbər lenti
Qurumuş ağacın kötüyünü açan Türkiyə sakini gördüklərinə inanmadı

"Sondakika.com" xəbər verir ki, ağacın kötüyünü açan şəxs qarşılaşdığı mənzərə qarşısında təəccübünü gizlədə bilməyib. Bu hadisə təbiətin sirli və gözlənilməz sürprizlərini bir daha ortaya qoyub.
Belə ki, arıçılığın geniş yayıldığı Kastamonunun İlqaz dağında bəzən pətəklərdən qaçan arılar yaşayış məntəqələrindən uzaq ərazilərdə, qayalıqların içində və ya ağac koğuşlarında yuva quraraq bal hazırlayırlar. Bu dəfə, pətəkdən qaçan arılar yıxılmış bir ağacı bal pətəyinə çevirərək onun içini balla doldurublar.
Arıların bal ilə doldurduğu kötüyü tapan və əli ilə açan sakin həmin anları lentə alaraq sosial şəbəkədə paylaşıb.
"İnanılmazdır. Bunun gözəlliyinə baxın. Kötüyü tamamilə doldurublar", - deyə heyrətini ifadə edib.
Videogörüntüyə heyrətlənən izləyicilər "Bal budur, digərləri isə sadəcə şəkər və sudur", "Hamısını götürməyin, arılara da qalsın", "Bunlar təbii müalicə xəzinəsidir", "Orada 500 min Türkiyə lirəsi (25 min manatdan çox) var" kimi şərhlər yazıblar. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar