Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Alimentin miqdarı necə təyin olunur?

Tarix: 17-08-2024 16:25     Baxış: 3173 A- / A+
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyun aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 10430 boşanma halı qeydə alınıb.

Boşanmaların artması əsas müzakirə olunan mövzulardan biridir. İnsanlar səbəbin müxtəlif olduğunu düşünsələr də, bəzi mütəxəssislərin fikrincə boşanmaların artmasının əsas səbəbi aliment hərisliyidir.

Bəs, aliment nədir?
Manevr.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya mövzu ilə bağlı açıqlama verən vəkil Esmira Rzayevanın sözlərinə görə Azərbaycan Respublikasının Konstitusiyasında, Qanunvericiliyində və Ailə Məcəlləsində də nəzərdə tutulub ki, aliment uşaqların saxlanılması üçün nəzərdə tutulan ödənişli öhdəçilik və yaxud ərin arvadına, övladlarına qarşı öhdəliyidir.

"Aliment ödəyəcək şəxsin rəsmi iş yeri və yaxud rəsmi gəliri varsa, 1 uşaq üçün maaşının və əlavə gəlirlərinin 1/4 hissəsini, 2 uşaq üçün 1/3 hissəsini, 3 və ya daha çox uşaq üçün gəlirlərinin və maaşının 50%-ni ödəyə bilər.

"Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu” haqqında Qanunda uşağın yaşaması üçün minimum aliment 235 manat nəzərdə tutulub”.

Valideyn işsizdirsə, aliment necə təyin edilir?

Vəkil qeyd edib ki, əgər aliment ödəyəcək şəxs işsizdirsə və ya onun gəliri sabit deyilsə, o zaman Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən, sabit pul məbləği dəyərində aliment tutulacaq, bu da yaşayış minimumu və yaxud tərəflərin razılaşması ilə nəzərdə tutulan məbləğ ola bilər. O, qeyd edib ki, valideyn alimenti ödəmirsə, həmin şəxsə qarşı məhkəmə tədbirləri həyata keçirilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar