Sizin Reklam Burada
Xəbər lenti
17-09-2024
16-09-2024
BÜTÜN XƏBƏRLƏR

Arazı kim və niyə çirkləndirir? - VİDEO

Tarix: 17-08-2024 11:21     Baxış: 344 A- / A+
Arazı kim və niyə çirkləndirir? (VİDEO)
Araz çayı Ermənistan ərazisindən həm atom elektrik stansiyası, həm də zavodların tullantıları ilə çirklənməyə məruz qalır.

Bu sözləri Baş prokuror Kamran Əliyev Naxçıvanda keçirilən konfrans zamanı qeyd edib. Baş prokuror deyib ki, ermənistan tərəfindən Araz çayı sahilyanı və dib çöküntüləri kimyəvi və radioaktiv tullantılarla məqsədyönlü olaraq çirkləndirilib və hazırda da bu proses davam etdirilir.

Baş prokuror deyib ki, Ermənistan mövcud beynəlxalq konvensiyaların tələblərini daim pozub və nəticədə ölkəmizin bəzi su ehtiyatları yararsız vəziyyətə gətirilib. Azərbaycan əhalisinin illərdir Şərqi Zəngəzurda olan zəngin su ehtiyatlarından məhrum qalıb.
Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli isə qeyd edib ki, Ermənistan tərəfindən metalların zəhərli tullantıları həm Araz çayına, həm də "Şir arxı"na axıdılmaqla burada olan yüzlərlə köçəri quş və balıq məhv olub.

Baş Prokurorluğun idarə rəisi Elnur Musayev isə bildirib ki,  Ermənistanın su resurslarımızı çirkləndirməsi ilə bağlı araşdırmalar davam etdirilir.

İdarə rəisi qeyd edib ki, prokurorluq orqanlarında artıq ətraf mühitin qorunması sahəsində ixtisaslaşma sürətlə davam edir. Bu da ekoloji hüquqpozmaların ciddi nəzarət altında olduğu deməkdir.//Xəzər TV

Manevr.az






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar