Sizin Reklam Burada
Xəbər lenti
04-10-2025
03-10-2025
BÜTÜN XƏBƏRLƏR

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Tarix: 16-08-2024 22:35     Baxış: 3155 A- / A+
Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb? – İDDİABir neçə il əvvəl "Lotu Quli" kimi tanınan "Qanuni oğru" Nadir Səlifovun qətlə yetirildiyi hotellə bağlı iddialar yenidən gündəmə gəlib.

Nadir Səlifovun öldürüldüyü "Alva Donna Exclusive Hotel Spa" adlı turistik təsis VI çağırış Milli Məclisin deputatı, 71 saylı Cəlilabad şəhər seçki dairəsindən növbədənkənar parlament seçkilərində deputatlığa namizəd Malik Həsənova məxsusdur. İddia edilir ki, Malik Həsənov Nadir Səlifovun öldürüldüyü hoteli satıb.

Qeyd edək ki, adı çəkilən otel Antalyanın Serik rayonunda Boğazkent məhəlləsində yerləşir. Antalyanın ən elit və böyük təsislərindən olan otelin bir nəfər üçün tək gecəlik qiyməti 232.26 AZN-dir.

Məlumatlara görə, əvvəllər Habil Nadiroğlu adlı iş adamına məxsus olan "Alva Donna Qrup" 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərində yerləşən "Vertex İnvestment Limited" şirkətinə satılıb.

Yerli mediada məlumat yayılıb ki, adıçəkilən şirkət daha sonra "Alva Donna Group" şirkətlərinin idarə heyətinin sədri olaraq Sərxan Babayev adlı şəxsə səlahiyyət verib.

Əldə etdiyimiz digər məlumata görə, Sərxan Babayev Malik Həsənovun qeyri-rəsmi ortağıdır. Məlumatlarda S.Babayevin adı çəkilsə də, hotelin arxasındakı əsas fiqur Malik Həsənovdur. Bildirilir ki, Malik Həsənov Sərxan Babayevə himayədarlıq edir. Onların hər ikisinin eyni qrupdan olduqları qeyd edilir.

Xatırladaq ki, Qulinin Türkiyədə qətli kriminal aləmdə şok effekti yaratmışdı. Quli 2020-ci ilin avqustun 19-da Türkiyənin Antalya şəhərində baş nahiyəsinə açılan güllə ilə öldürülmüşdü. yenicag.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar