Xəbər lenti
20 yaşlı qızı ilə su quyusunda boğulub ölən atanın ŞƏKLİ
Xəbər verdiyimiz kimi, ötən gün Cəlilabad rayon Moranlı kəndində ailə faciəsi yaşanıb. Kənd sakinləri 43 yaşlı Həsənağa Məmmədov və onun 20 yaşlı qızı Nəsibə Məmmədova su quyusuna düşüb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ata və qızının meyitlərini quyudan çıxararaq aidiyyəti üzrə təhvil verib.
Manevr.az-ın modern.az-a istinadən məlumatına görə, baş vermiş hadisənin təfərrüatı məlum olub.
Belə ki, N.Məmmədova quyudan su çıxarmaq üçün istifadə edilən mühərriki qoşub, lakin quyunun içində olan qurğu işləmədiyi üçün onu silkələmək məcburiyyətində qalıb. Mühərrik anidən işə düşüb və gənc qız müvazinətini itirərək quyuya düşüb. Atası H.Məmmədov isə onu xilas etmək üçün su borusundan istifadə edərək quyuya enmək istəyib və bu zaman boru qırılıb. Nəticədə ata və qızı quyuda həyatlarını itiriblər.
Qeyd edək ki, Nəsibə Məmmədovanın nişanlı olduğu bildirilir.
Faciəvi hadisə nəticəsində ölən Həsənağa Məmmədovun fotosunu təqdim edirik:
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar