Xəbər lenti
ANAMA-da işləmək istəyənlərin diqqətinə!
ANAMA-nın mətbuat xidmətindən bildirilib ki, namizədlərin ilkin tibbi yardım və ya müalicə işi ixtisası üzrə orta-ixtisas təhsili olmalıdır.
Həmçinin ANAMA Laçın mobil bazasında aşpaz, qabyuyan, xadimə, çamaşırxana işçisi, fəhlə, Horadiz regional əməliyyat mərkəzi və Ağdam mobil bazasında avtobus sürücüsü, Şuşa və Xankəndi düşərgələrində xidmətçi (xadimə) vəzifələrində işləmək istəyənlər üçün sənəd qəbulu elan edir. Aşpaz işləmək istəyən namizədlərin müvafiq sahədə peşə təhsili, avtobus sürücüsü olmaq istəyən namizədlərin isə 2 ilə qədər iş stajı olmalıdır.
Eyni zamanda, ANAMA Bakı şəhəri İ.Dadaşov küçəsi, 260 ünvanında yerləşən inzibati binaya xadimə və fəhlə vəzifələrində işləmək istəyənlər üçün sənəd qəbulu elan edir.
Maraqlananlar əlaqə telefonu göstərməklə müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə, şəxsiyyət vəsiqəsinin surəti, təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, vəsiqə, arayış və digər), əmək kitabçasının surətini career@anama.gov.az ünvanına göndərməlidir.
Sənəd qəbulu cari il avqustun 31-dək aparılacaq.
Əlavə məlumat üçün “805” qaynar xəttinə müraciət oluna bilər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar