Sizin Reklam Burada
Xəbər lenti
17-09-2024
16-09-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat olmaq istəyən fəhlə, kuryer, xadimə və çilingərlər...

Tarix: 13-08-2024 17:47     Baxış: 364 A- / A+
Deputat olmaq istəyən fəhlə, kuryer, xadimə və çilingərlər...
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə namizədliyini irəli sürənlər arasında müxtəlif peşə sahibləri var.

Belə ki, hazırkı seçki marafonunda təkcə təhsil işçiləri, hüquqşünaslar, həkimlər, jurnalistlər deyil, eyni zamanda, fəhlə, xadimə, montyor, gözətçi, çilingər, kuryer və s. kimi peşə sahibləri də iştirak edirlər.

Manevr.az
bildirir ki, modern.az maraqla qarşılanan həmin deputatlığa iddialı şəxslərin bəzilərini oxuculara təqdim edir:

3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsindən Abbasquliyev Famil və 4 saylı Naxçıvan şəhər seçki dairəsindən Mirzəyev Süleyman Naxçıvan Sukanalizasiya İdarəsində çilingər işləyirlər.

5 saylı Babək-Naxçivan-Culfa seçki dairəsindən Xudiyev Nazim Culfa şəhər su təmizləyici qurğular sistemində mühafizəçi kimi çalışır.

11 saylı Binəqədi-Qaradağ seçki dairəsindən namizədliyini irəli sürən Yusubov Emil Bakı şəhərində yerləşən "Pelican service" MMC-də kuryer-moderator kimi işləyir.

53 saylı Yevlax-Mingəçevir seçki dairəsindən Hidayətov Asif  Yevlax rayonu, Aşağı Bucaq kənd körpələr evində uşaq bağçasının gözətçisi işləyir.

39 saylı Gəncə ikinci seçki dairəsindən Orucova Səfa 29 nömrəli tam orta məktəbdə xadimə çalışır. Həmin dairədən namizəd olan Məmmədov Taleh isə qaynaqçı işləyir.

51 saylı Şirvan seçki dairəsindən namizədliyi irəli sürülən İsmayilov Zöhrab fəhlə işləyir. 83 saylı Beyləqan seçki dairəsindən Məmmədov Sadiq isə "Azərişiq" ASC-də usta kimi çalışır.

123 saylı Kəlbəcər seçki dairəsindən namizəd olan Süleymanov Səxavət də fəhlədir.

Bununla bərabər namizədlər arasında işsiz və pensiyaçı olan şəxslər də var. 

Qeyd edək ki, növbədənkənar seçkilərdə iştirak üçün 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Onlar 125 seçki dairəsində mübarizə aparacaqlar.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar