Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

ABŞ-dən gətirilən bu məhsullara nəzarət gücləndirildi

Tarix: 13-08-2024 16:24     Baxış: 394 A- / A+


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ABŞ-dən Azərbaycana idxal olunan bütün yüksək riskli qida məhsullarına nəzarət tədbirlərini gücləndirib.Agentlikdən  verilən məlumata görə, buna səbəb Amerika Birləşmiş Ştatları (ABŞ) Kənd Təsərrüfatı Departamentinin Qida Təhlükəsizliyi və Təftiş Xidməti rəsmi internet səhifəsində “Boar's Head” və “Old Country” brendlərinin 10 may 2024-cü il və 29 iyul 2024-cü il istehsal tarixli 71 növ qida məhsulunun (istehlaka hazır heyvan və quş əti məhsulları) geri çağırılması barədə qərarın elanı olub.
Belə ki, Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Federal Mərkəzinin məlumatına əsasən, ABŞ-nin 13 ştatında “Boar's Head Provisions Co” şirkəti tərəfindən istehsal olunan məhsulların “Listeria monocytogenes” bakteriyası ilə çirklənməsi nəticəsində 43 nəfərədək insanın xəstəliyə yoluxduğu müəyyənləşdirilib. Məlumatda həmçinin bildirilir ki, xəstəliyə yoluxanlar hospitalizə olunub və onların arasında üç ölüm hadisəsi baş verib.
“L.Monocytogenes” ilə çirklənmiş qidaların istehlakı ilk növbədə hamilə xanımlar, 65 və daha yuxarı yaşda olan və ya zəif immun sisteminə malik insanlara təsir edən ciddi infeksiya sayılan listerioz xəstəliyinə səbəb olur. Bəzi hallarda bu risk qruplarından kənar şəxslər də infeksiyanın təsir dairəsinə düşür.
AQTA qeyd edib ki, həmin məhsulların Azərbaycana idxal edilmədiyi müəyyənləşdirilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar