Xəbər lenti
Reketçilikdə təqsirləndirilən baş redaktorun məhkəməsi başladı

"Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Manevr.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı avqustun 27-ə təyin edilib.
İttihama görə, “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev bir neçə nəfəri şantaj etməkdə ittiham edilir.
Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, H.Vəliyev 5 il əvvəl şantaja görə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, bu dəfə də Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
Cinayət işi üzrə 3 nəfər zərərçəkmiş qismində tanınıb."report"
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar