Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda qazın və işığın qiyməti qalxacaq? - AÇIQLAMA

Tarix: 12-08-2024 17:57     Baxış: 493 A- / A+


Son vaxtlar insanlar arasında sentyabrın 1-də baş tutacaq növbədənkənar parlament seçkiləri sonrası kommunal xidmətlərin tarif qiymətlərinin qalxacağı ilə bağlı fikirlər dolaşır. Cəmiyyətdə başlıca narahatlığa səbəb olan qaz və işıq qiymətləri ilə bağlıdır.
Bir çox insan ilin sonuna doğru bu iki kommunal xidmətlə bağlı tariflərin ciddi dərəcədə bahalaşacağını düşünür.
Görəsən, narahatlığa həqiqətən də əsas varmı?
Parlament seçkilərindən sonra kommunal xidmətlərlə bağlı qiymət artımı ola bilərmi?
Manevr.az bildirir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib ki, ölkəmizdə sözügedən xidmətlərlə bağlı tariflər dövlət tərəfindən tənzimlənir:
“Kommunal xidmətlər dövlət tərəfindən tənzimlənən sahələrdir. Yəni bununla bağlı hər hansı qərar qəbul olunacaqsa, bu, Nazirlər Kabinetinin və onun nəzdində olan Tarif Şurasının qərarı ilə olacaq. Bunun üçün iqtisadi əsaslandırma və yaxud dünya bazarlarında baş verən proseslərin heç bir aidiyyəti yoxdur”.
Ekspertin fikrincə, dövlət büdcəyə əlavə pul cəlb etmək üçün belə bir addım ata bilər:
“Əgər hökumət belə bir addım atacaqsa, deməli, düşünülmüş şəkildə, büdcəyə əlavə pul cəlb etmək üçün atacaq. Bunun nə vaxt olacağını söyləmək çətindir, amma Azərbaycandakı reallığı nəzərə alsaq, həmişə bir neçə ildən bir kommunal xidmətlərdə artım olur. Bunun ehtimalı kifayət qədər yüksəkdir. Amma dediyim kimi, bu qərar verilirsə, Nazirlər Kabinetinin qərarı olacaq. İqtisadi əsaslandırma ilə izah ediləsi məsələ deyil”.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar