Xəbər lenti
Əməkhaqqını saathesabı necə almaq olar? - Qaydalar belədir

Aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsinin müsbət tərəfləri gündəmə gətirilir. Bu qaydaların hansı nəticələr verəcəyi müzakirə mövzusudur. Əmək bazarında bunun effektiv olacağı ilə bağlı proqnozlar verilir.
Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı teleqraf.com-a danışan iqtisadçı-ekspert Elşad Məmmədov minimum əməkhaqqının saatlar üzrə hesablanmasının əməkhaqqı fondunda köklü dəyişikliklərə səbəb olmayacağını bildirib.
O qeyd edib ki, sosial ödənişlərin artırılması iqtisadiyyatın müvafiq bazasına söykənir:
“İqtisadiyyatda hansısa keyfiyyət baxımından köklü dəyişikliklər olmadan, əməkhaqqı fondundan inqilabi yenilik gözləmək mümkün deyil. Ölkəmizdə sosial artımlar ardıcıl olaraq reallaşdırılır. Əhalinin sosial rifahının qorunması istiqamətində müvafiq işlər görülür. İnflyasiya və iqtisadi problemlərlə bağlı olan məsələlərin ölkə əhalisinin sosial durumuna ciddi təsirlərinin qarşısı alınır”.

Elşad Məmmədova görə, ştat və aylıq müvafiq saatlar üzrə əmək funksiyasını yerinə yetirən şəxslər üçün bunun müsbət dəyişikliklərə səbəb olacağını proqnozlaşdırmaq doğru deyil:
“Qısa müddətli əmək münasibətləri və müqavilələr çərçivəsində saatlıq minimum əməkhaqqının tətbiqi öz effektivliyini verə bilər. Beləliklə, işə qəbul olunan şəxslər sərf edəcəkləri əməyə görə hansı ödənişləri alacağını müəyyənləşdirmiş olar”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar