Sizin Reklam Burada
Xəbər lenti
19-09-2024
18-09-2024
BÜTÜN XƏBƏRLƏR

Vüqar Səfərlinin müsadirə olunan əmlakları geri qaytarıldı

Tarix: 08-08-2024 16:36     Baxış: 354 A- / A+

Məhkəmə ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə qərar verib.
Manevr.az “Report”a istinadla xəbər verir ki, bu barədə vəkili Hikmət Əliyev məlumat verib.
Məlumata görə, Bakı Apellyasiya Məhkəməsinin hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında onun cinayət işi üzrə müsadirə olunan əmlaklarını geri qaytarmaq üçün verdiyi apellyasiya şikayətinə baxılıb.
Qərara əsasən, onun əmlaklarının bir qismi geri qaytarılıb. Həmçinin, Vüqar Səfərli ilə birgə cinayət məsuliyyətinə cəlb edilmiş Namiq Hacıyevin iki evi, Şahin İbrahimovun isə dəymiş ziyanın əvəzi olaraq Baş Prokurorluğun depozit hesabına qoyduğu 50 min manat pulu da müsadirədən çıxarılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay və “Portos” MMC-nin direktoru Nadir Məmmədov isə 6 il müddətinə azadlıqdan məhrum olunub.
Digər təqsirləndirilən - Telman Tahirov, Şahin İbrahimov və Ədalət Vəliyevə müəyyən sınaq müddəti seçilməklə şərti cəza verilib.
Həmçinin hökmə əsasən, V.Səfərlinin əmlakları, özünün və oğlunun bank hesablarında olan vəsaitləri dövlət nəfinə müsadirə edilib.
Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb. Daha sonra V.Səfərli və ailə üzvləri kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Qeyd edək ki, “Portos” MMC daha əvvəl Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun baldızı Gülər Vəliyevanın adına olub. Daha sonra şirkətə Nadir Məmmədov rəhbərlik edib. MMC "Jurnalistlər binası"nın tikintisində podratçı şirkət olub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar