Xəbər lenti
8 kəndin elektrik şəbəkəsi yenidən quruldu - Video

Manevr.az xəbər verir ki, bu barədə Azərişıq ASC məlumat yayıb.
Məlumata görə, 3 minə yaxın abonentin yaşadığı Əyyublu kəndinin ərazisində 29 yeni transformator məntəqəsi, eləcə də müasir sayğaclar quraşdırılıb, 0,4 və 10 kV-luq dayaqlar basdırılıb və Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilib.
Bildirilir ki, Aşağı Quşçu, Ağbulaq və Göyəbaxan kəndlərində, eyni zamanda 110/35/10 kV-luq “Qovlar” və 110/35/6 kV-luq “Tovuz” yarımstansiyalarında yenidənqurma işləri davam edir. Kəndlərdə istismar müddətini başa vurmuş 0,4, 6 və 10 kV-luq dayaqlar və elektrik veriliş xətləri, eləcə də transformator məntəqələri tam yenidən qurulur. Yaxın gələcəkdə daha 7 kəndin elektrik şəbəkəsinin yenilənməsi işlərinə başlanılacaq.
Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Tovuz rayonun ən ucqar dağ kəndlərinin belə elektrik şəbəkəsi yenidən qurulur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar