Sizin Reklam Burada
Xəbər lenti
17-09-2024
16-09-2024
BÜTÜN XƏBƏRLƏR

Taksi sürücüsü olmaq istəyənlər imtahan verəcəklər - VİDEO

Tarix: 07-08-2024 22:37     Baxış: 355 A- / A+
Taksi sürücüsü olmaq istəyənlər imtahan verəcəklər (VİDEO)

Bundan sonra taksi sürücüsü olmaq istəyənlər imtahan verəcəklər.


Dövlət İmtahan Mərkəzinin təşkil edəcəyi ilk imtahan avqustun 25-də keçiriləcək. İmtahanda iştirak etmək üçün aidiyyəti qurumlar 1800-ə yaxın şəxsin məlumatını təqdim ediblər.


İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək.  


İmtahandan keçə bilməyənlər taksi kimi fəaliyyət  göstərə bilməyəcəklər. 35 manat  ödəməklə sürücülər yenidən imtahanda iştirak edə bilərlər.


Bu arada, vətəndaşlardan daxil olan müraciətlər əsasında 65 taksi minik avtomobili daşımalardan kənarlaşdırılıb. Bu barədə Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.


Qeyd edək ki, Yerüstü Nəqliyyat Agentliyinin Təlim-Tədris Mərkəzində keçirilən təlimlərə indiyə kimi 26 min 441 nəfər cəlb olunub.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


 


 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar