Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Fazil Qasımovun məhkəməsinin vaxtı məlum oldu

Tarix: 07-08-2024 16:13     Baxış: 3221 A- / A+
Fazil Qasımovun məhkəməsinin vaxtı MƏLUM OLDU
Ötən il iqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən azərbaycanlı alim Fazil Qasımovun məhkəməsinin vaxtı məlum olub. 
Manevr.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası avqustun 15-nə təyin olunub.
 
Cinayət işinə hakim Mahirə Kərimovanın icraatında baxılacaq.
 
Qeyd edək ki, F.Qasımov ötən ilin avqust ayında Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib.
 
Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
 
İstintaqın sonunda Fazil Qasımovun işi Qubad İbadoğlunun işindən ayrılıb. Q.İbadoğlunun işi ayrıca icraata götürülüb.
 
Bir sıra KİV-də yayılan məlumatlara görə, o, FETÖ terror təşkilatına işləməkdə təqsirləndirilir. (report)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar