Xəbər lenti
Zamirə Hacıyevanın Londondakı 30 milyonluq əmlakları müsadirə edildi
Manevr.az xəbər verir ki, bu barədə NCA məlumat yayıb.
ki, aktivlər bilavasitə irimiqyaslı fırıldaqçılıq və mənimsəmə, saxta uçot və çirkli pulların yuyulması nəticəsində əldə edilib.
"NCA 2018-ci ildə Britaniyadakı bu iki mülklə əlaqədar izah edilməmiş sərvət orderi (UWOs), həmçinin əmlakın satılmasını, başqasına verilməsini, yaxud israf edilməsini önləmək üçün aralıq dondurma orderləri çıxarıb.
Onun əri Cahangir Hacıyev 2015-ci ilin martınadək Azərbaycan Beynəlxalq Bankının (ABB) idarə heyətinin sədri olub. Bir il sonra o, mənimsəmə, vəzifə saxtakarlığı, vergidən yayınmada təqsirli bilinib. 2019-cu ildə isə ABB-nin Moskva filialından mənimsəmədə təqsirləndirilib. Hazırda 16 illik cəza çəkir.
NCA müstəntiqləri daha sonra ABB-dən əldə edilən vəsaitlərin ümumi çirkli pulların yuyulması təcrübələrinə uyğun şəkildə çoxsaylı hesablar vasitəsilə köçürülməsinə dair çoxsaylı nümunələri müəyyən ediblər. Bunu Hacıyevin adından çıxış edən yaxın adamı edib.
Böyük məbləğlər Britaniyanın Vircin adaları daxil olmaqla, fərqli yurisdiksiyalardakı hesablar və şirkətlər şəbəkəsi vasitəsilə bu ailənin dəbdəbəli aktivlərinə axıdılıb”, - məlumatda deyilir.
Qeyd olunub ki, hər iki əmlakın alınması üçün istifadə olunan vəsaitlərin mənbəyi barədə NCA-ya heç bir ağlabatan izahat təqdim olunmayıb. Bildirilib ki, sözügedən vəsaitlərin əhəmiyyətli bir hissəsi bilavasitə ABB-nin pullarının oğurlanmasını gizlətmək üçün istifadə edilən veksellər və kredit müqavilələri ilə yaranan məbləğlərdə müşahidə oluna bilər.
"Qolf klubunun alınması Lüksemburqda və Gernseydə qeydiyyatdan keçmiş şirkətlərin kompleks strukturu vasitəsilə Gernseydə və daha sonra Kiprdə yerləşən ofşor trestlərdən istifadə etməklə həyata keçirilib.
Naytsbricdəki evin alınması üçün istifadə olunan vəsaitlərin demək olar ki, hamısının iki xüsusi ABB hesabından gəldiyi güman edilir. Onlar cənab Hacıyevlə heç bir əlaqəsi olmayan Böyük Britaniyadakı şirkətlərə Kipr, Estoniya və İsveçrədə açılmış bank hesabları vasitəsilə Hacıyevin şəriki tərəfindən yönləndirilib”.
Məlumatda bildirilir ki, 2021-ci ilin mart ayında Agentlik iki əmlak üzərində əmlakın dondurulması barədə qərar qəbul etmək üçün müraciət edib və 2023-cü ilin iyununda NCA Ali Məhkəmədə mülki bərpa üçün iddia qaldırıb:
"Avqustun 1-də belə bir order çıxarılıb və Hacıyevanın hər iki əmlakın dəyərinin 70 faizi müsadirə olunub. Məhkəmə bu əmlakın cinayət fəaliyyəti nəticəsində alınması qənaətinə gəlsə də, xanım Hacıyevanın onlar üçün ödənişin necə edilməsindən xəbərdar olmasına dair hansısa nəticə əldə olunmayıb”.
Xatırladaq ki, Zamirə Hacıyeva daha əvvəl Londondakı ticarət mərkəzlərindən birində 16 milyon funt sterlinq (təxminən 34,6 milyon manat) xərcləməsilə gündəmə gəlmişdi.
Qeyd edək ki, 14 il Beynəlxalq Bankın İdarə Heyətinin sədri olmuş Cahangir Hacıyev 2015-ci ilin dekabrından həbsdədir. O, ötən 8 il yarımda iki dəfə məhkum edilib. İlk dəfə 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 15 il həbs cəzası kəsilib. Beynəlxalq Bankın 4,7 milyard vəsaitinin yeyintisində ittiham olunan C.Hacıyev ikinci dəfə 2019-cu ildə eyni ittihamlarla məhkum edilib. Bu dəfə onun cəzası 16 il 3 ayadək artırılıb.
C.Hacıyev özünü təqsirli saymır. O bildirir ki, Beynəlxalq Bankdan götürülən kreditlər müxtəlif layihələrin icrasına, müəssisələrin yaradılmasına yönləndirilib.yeniavaz.com
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar