Ötən gün Bakı-Sumqayıt magistralında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunan 19 nəfərdən 14-ü artıq ambulator müalicə üçün evə buraxılıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, digər beş nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir.
Onlardan qapalı kəllə-beyin travması, sol dizin qapalı sınığı diaqnozları ilə Reanimasiya Şöbəsində müalicəsi davam etdirilən 1993-cü il təvəllüdlü (kişi cinsli) şəxsin vəziyyəti ağır qiymətləndirilir. Həmin şöbədə qapalı kəllə-beyin travması diaqnozu ilə müalicə alan 1961-ci il təvəllüdlü şəxsin (qadın cinsli) vəziyyəti orta ağırdır.
Qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozları qoyulan 1986 və 1988-cu il təvəllüdlü şəxslərin (qadın cinsli) müalicəsi isə Neyrocərrahiyyə Şöbəsində davam edir. Vəziyyətləri orta ağır qiymətləndirilir.
1980-ci il təvəllüdlü şəxs (qadın cinsli) isə sağ qabırğanın sınığı diaqnozu ilə Travmatologiya Şöbəsində müalicə alır və vəziyyəti orta ağırdır.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar