Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ünvanlı sosial yardımlar artacaq? - AÇIQLAMA

Tarix: 02-08-2024 15:21     Baxış: 493 A- / A+

Ünvanlı sosial yardımın artırılması birbaşa ehtiyac meyarının dəyişdirilməsi ilə bağlıdır.

Manevr.az bildirir ki, bu barədə Trend-in suallarını cavablayarkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

O qeyd edib ki, ehtiyac meyarı artırılanda avtomatik olaraq, ünvanlı sosial yardım məbləğində də artımlar baş verir.

"Son illər ehtiyac meyarının artırılması reallaşıb. Bu da ünvanlı sosial yardım məbləğinə təsir göstərib. 2025-ci ilin büdcə paketi təqdim edilən zaman ünvanlı sosial yardımda hansı səviyyədə artımların olacağı müəyyənləşəcək. Əgər büdcə paketində ehtiyac meyarının artırılması ilə bağlı sənəd olarsa, bu, praktik olaraq 2025-ci ilin yanvar ayından etibarən ünvanlı sosial yardımın məbləğində artım olmasına gətirib çıxaracaq.

Ona görə də ünvanlı sosial yardım məbləğini artıran əsas meyar ehtiyac meyarıdır və bu kontekstdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ehtiyac meyarının artırılması təklif olunarsa və bu, büdcə sənədində təsdiqini taparsa, artım baş verir", - deyə o əlavə edib.

Qeyd edək ki, Əmək və Əhalinin Sosisal Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, cari ilin yanvar-iyun ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 4 mlrd. 382 mln. manat vəsait ödənilib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 408,5 mln. manat və ya 10,3 faiz çoxdur.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar