Rusiyanın Moskva vilayətinin Noginsk şəhərində qadın keçmiş ərindən hüquq-mühafizə orqanlarına şikayət edib.
Yerli media xəbər verir ki, 5 il əvvəl deportasiya olunduqdan sonra Azərbaycana gedən kişi Rusiyaya qayıdıb və keçmiş arvadını zorakılıqla hədələməyə başlayıb.
Qadının sözlərinə görə, keçmiş əri oğlunu qaçırmaq niyyətindədir. Belə ki, 2016-cı ildə qadın hamilə olduğunu deyəndə, əri qəzəblənib və onu döyüb. Zərərçəkmiş cinayətkar barəsində polisə ərizə yazıb. Lakin o, adam döydüyünə görə deyil, yalnız sənədlərində problem olduğu üçün vətəninə deportasiya edilib.
Hazırda Azərbaycan vətəndaşı qayıdıb. Hədə-qorxuya məruz qaldığı üçün qadın evdən çıxıb uşağını məktəbə aparmaqdan qorxur. Kişi özünü radikal islamçı adlandırır, qadına xəsarət yetirəcəyinə söz verir. Noginsk sakini kömək üçün yenidən polisə müraciət etsə də, hələ ki, uşağının atasının təhdidləri səngimir.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar