İki Azərbaycan vətəndaşı Çelyabinsk vilayətinin Yemanjelinsk şəhərində bir nəfəri qaçıraraq onun üçün 500 min rubl girov ödəməyi tələb ediblər.
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, Rusiya Federasiyası İstintaq Komitəsinin bölgə üzrə istintaq idarəsi bildirib ki, məhkəmə adam oğurluğu və hədə-qorxu ilə pul tələb etmək işi üzrə təqsirləndirilən şəxsləri həbs edib.
"Məhkəmə təqsirləndirilən şəxslər barəsində iki ay müddətinə, yəni 2024-cü il sentyabrın 30-dək həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaqın vəsatətini təmin edib", - deyə məlumatda bildirilir.
Qeyd edilib ki, şübhəlilər 2024-cü il iyulun 29-da axşam saatlarında Çelyabinsk vilayətinin Yemanjelinsk şəhərinin Engels küçəsindəki 17 saylı evin yaxınlığında Tacikistan Respublikasının 23 yaşlı vətəndaşını avtomobillə qaçırıblar. Bundan sonra gəncin birgə yaşadığı qadını hədələyərək ondan 500 min rubl verməsini tələb ediblər.
Xəbər lenti
Rusiyada adam oğurlayan iki azərbaycanlı həbs edildi

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar