Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sezarı öldürən senatorların acınacaqlı sonluğu - TARİX

Tarix: 01-08-2024 20:30     Baxış: 4113 A- / A+


Sezarı öldürən senatorların acınacaqlı sonluğu - TARİX
Tarixin ən önəmli dövlət xadimi və sərkərdələrində olan Qay Yuli Sezar eramızdan əvvəl 44-cü ilin 15 martında öldürüldü. O, Senatda çıxış edən zaman təkbaşına hökmdar olmaq və respublikanı ləğv etmək planlarından narazı qalan senatorlar tərəfindən öldürüldü.
Manevr.az Qay Yuli Sezarın ölümündə iştirak edən senatorların sonrakı taleyinə nəzər salır.
 

Qədim romalılar ayın ortasını təyin etmək üçün “idalar” (latınca idus, “bölmək”) terminindən istifadə edirdilər. Mart 30 gündən ibarət olduğu üçün həmin ayın idası 15-i idi. Və Sezarın qətlindən bir gün sonra, martın 16-da Senatın iclası başladı, orada əsas məsələ bu idi: mərhum hökmdar tiran kimi tanınmalıdır, ya yox?
Cavab müsbət olarsa, Sezarın tərəfdarları onun ortaqlarına, qatilləri isə tiranla döyüşən qəhrəmanlara çevrilirdilər. Qərar yox olsa, qatillər cinayətkar hesab edilirdilər. Hətta baş verənləri unudaraq, ümumiyyətlə, heç bir qətl hadisəsi baş verməyibmiş kimi davranmağa çağıran senatorlar da var idi. Ancaq belə bir kompromis heç kimə uyğun deyildi.
Şiddətli mübahisələrdən sonra müəyyən fikir ortaqlığı yarandı: qatillər ictimaiyyət qarşısında qəhrəman kimi təqdim olunmayacaqları ilə razılaşırdılar və Sezar tərəfdarları isə mərhuma öz iradələri ilə deyil, tiranın qorxusundan xidmət etdiklərini etiraf edirdilər. Toplantı Sezarı hakimiyyəti qanunsuz zəbt etmiş tiran kimi qınamağa meylli idi. Sezarın yaxın silahdaşı Mark Antoni olmasaydı, hər şey belə də olacaqdı. Amma Mark Antoni bildirdi ki, Senat Sezarı tiran kimi tanımaqla onun bütün qərarlarını, o cümlədən xalq arasında çox məşhur olanları (Romada kirayə haqqının azaldılması, borcların silinməsi və s.) ləğv edəcək.
Sezarın təyin etdiyi bütün senatorlar (Senatın 900 üzvündən 500-ü) isə qərar qəbul olunacağı halda öz yerlərini qanunsuz tutduqları hesab olunacaqdı. Buna görə səsvermədən sonra Romanın ali qanunverici orqanı mərhum Sezarı tiran deyil, qanuni hökmdar kimi tanıdı. Əslində bununla, onun qatilləri dövlət cinayətkarlarına çevrilirdilər. Üstəlik, Roma plebeyləri (kasıb təbəqə) Sezara pərəstiş edirdi. Əhali onun qatillərini lənətləyir, Roma küçələrində onların üzərinə zibil, hətta daş atırdılar. Paytaxtda ölüm təhlükəsi ilə üz-üzə olduqlarını anlayan Sezarın qətlində iştirak edən senatorlar Romanı tərk etməyə tələsdilər. Senat onların qaçışına mane olmadı, çünki bununla onlar Romanın siyasi həyatından kənarda qalırdılar.
Özünü bir tiranın qatili hesab edən və Roma xalqının onun cəsarətini qiymətləndirməməsindən dəhşətli dərəcədə məyus olan Mark Yuniy Brut öz xahişi ilə Şimali Afrikadakı Kirenaika əyalətini idarə etməyə göndərilir. Digər yandan, sui-qəsdin əsas lideri Qay Kassi Lonqini Kritə göndərmək istəyirdilər. Lakin o, bu təyinatı sürgün hesab edərək bundan imtina edir. Lonqin əvvəllər qubernatoru olduğu Suriyaya gedir. Roma legionları orada yerləşdirilmişdi və legionlar ona sadiq idilər. Lonqin onların yanında özünü təhlükəsiz hiss edirdi. Senat Lonqinin Suriyada qalmasının Roma üçün təhlükəli olmadığını nəzərə alaraq onun pretorluğunu təsdiq edir.

Sezara qarşı sui-qəsdin ideoloji ilhamçısı, natiq Mark Tulliy Siseron idi. Brutla söhbətlərində o, Brutu inandırmışdı ki, romalılar Sezarın zülmündən əziyyət çəkirlər və xalq Roma Respublikasını xilas edəcək bir qəhrəman gözləyirlər. Siseron da Romadan ayrıldı, lakin çox uzağa getmədi və Kampaniyada yerləşən mülkünə köçdü. Hakimiyyətə gələn Mark Antoni onun yanına bir dəstə qatil göndərib onu edam edənə qədər Siseron öz mülkündə yaşadı. Siseronun kəsilmiş başı və hər iki əli Romaya aparılaraq forumun platformasında nümayiş etdirildi.
Qətldə iştirak edən digər senatorlar müxtəlif istiqamətlərə qaçdılar. Qatillərdən bəziləri İtaliyada qaldı. Onların taleyi acınacaqlı oldu. E.ə 43-cü ildə Mark Antoni, Oktavian Avqust və Mark Lepiddən ibarət ikinci triumvirat onları qanundan kənar şəxslər siyahısına daxil etdi. Keçmiş sui-qəsdçilərin əksəriyyəti yeni hakimiyyətin azadlıq vəd etdiyi öz qulları tərəfindən öldürüldüyü güman edilir. Brut və Kassiy Lonqin isə vuruşmağa çalışdılar və e.ə 42-ci ilin oktyabrında Filippi şəhəri yaxınlığında triumviratın qoşunları ilə vuruşdular. Onlar məğlub olduqdan sonra kollektiv şəkildə intihar etdilər.lent.az

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar