Sizin Reklam Burada
Xəbər lenti
17-09-2024
16-09-2024
BÜTÜN XƏBƏRLƏR

14 yaşlı qızla münasibətdə olan şəxs həbs edildi

Tarix: 31-07-2024 20:58     Baxış: 368 A- / A+
14 yaşlı qızla münasibətdə olan şəxs həbs edildiAğdaş rayonunda yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olan şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Rayonun kəndlərindən birinin sakini olan 2002-ci il təvəllüdlü Hacı Nemətov (ad və soyadlar şərtidir) barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş başlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, 22 yaşlı oğlan həmkəndlisi olan 2009-cu il təvəllüdlü Fərəhlə (şərti) 2023-cü ildən (qızın 14 yaşı olan zaman) sevgi münasibətində olub. Onlar bir neçə dəfə həyətyanı sahədə görüşüblər. Həmçinin Hacı Nemətov Fərəhi yaşadığı evə gətirmək və yaşı tamam olduqdan sonra evlənmək qərarına gəlib. Qızın yaxınları hadisə barədə öyrəndikdən sonra polisə məlumat veriblər.

Bir neçə gün əvvəl Ağdaş Rayon Məhkəməsində cinayət işi üzrə hökm oxunub. Hökmə əsasən 22 yaşlı oğlana 1 il həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi vaxtında barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilmiş gənc məhkəmə zalındaca həbs edilib. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar