Xəbər lenti
14 kilo qızıl verib Ağrı dağını aldı

Doğubeyazıtda yaşayan Celali tayfasının başçısı Ahmet Ağrılını hər kəs Ağrı dağının sahibi kimi tanıyır. Onun əlində olan mülkiyyət sənədi gəlib gedən turistləri heyrətə salır.
Ahmet Ağrılı 5 min 137 metr hündürlüyü ilə Türkiyənin ən yüksək dağı sayılan Ağrı dağının sahibi olduğunu iddia edir. Tayfa başçısı dağı almaq üçün 14 kiloqram qızıl pul verdiyini deyib.
"Sənədə baxan kimi başa düşdüm ki, bu Ağrı dağının sənədidir. Əmlakımı satdım və bu sənədi aldım. Dağı götürəndən sonra onu turistlərin üzünə açdım. Heç kim bu dağa mənim qədər baxmayıb. Gördüyünüz bu dağ mənim şəxsi dağımdır. Amma bu dağ bütün vətəndaşlara məxsusdur" o, verdiyi müsahibələrdən birində deyib.
"Dağın mülkiyyət hüququ sənədini 1972-1973-cü illərdə keçmiş səhiyyə naziri Yaşar Eryılmazın atasından 14 kiloqram qızıl qarşılığında almışam. İndi dağın dəyərini ölçmək olmaz. Aldığım zaman dağ indikindən 6 metr daha hündür idi, o da insanlar kimi qocalır, kiçilir. Bəli, mülkiyyət sənədim var, amma Türkiyədə hamı mənim ortağımdır",- deyə o bildirib. lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar