Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

45 dəqiqəlik “ölən” kişi gördüklərini danışdı

Tarix: 29-07-2024 22:09     Baxış: 372 A- / A+
45 dəqiqə ərzində heç bir həyat əlaməti olmayan kişi həkimlərin sayəsində ayılaraq gördüklərini danışıb. 

Tibbi yardım işçiləri Vinsent Tolmanı həddindən artıq dozada sınaqdan keçirilməmiş bodibildinq əlavəsi qəbul etdikdən sonra "ölmüş" tapıblar. Həkimlər kişini xilas etmək mümkün olmadığına qərar verib və onu cəsəd çantasına qoyublar. 

Tolman bunu rejissor kimi izlədiyini və hətta həkimlərin fikirlərini eşitdiyini deyib. Sonra deyib ki, onu cənnətə yönəldən Dreyk adlı bir ruh bələdçisi ilə tanış olub. Orada, Tolmanın qeyd etdiyi kimi, həyatında etdiyi bütün pis və yaxşı işləri başqa insanların gözü ilə görüb. 

Tolman cənnətdə həyatın mənasını dərk etməyi, sevginin dəyərini dərk etməyi bacardığını söyləyib. "Yer sadəcə bir məktəbdir, həmişə yalnız bir sinif olub, heç vaxt məhkəmə zalı olmayıb" deyə izah edib. Bundan əlavə, onun dediyinə görə, Dreyk ona Kainatın quruluşunu açıqlayıb, bu barədə bilikləri şifahi şəkildə çatdırmaq mümkün deyil. Tolman etiraf edib ki, daha sonra ona ailəsinin yanına qayıtmaq və ya burada qalmaq variantı təklif olunub. O, ailəsini seçib. 

Kişini həkimlərdən biri reanimasiya edib, o, Tolmanın sözlərinə görə, ilk iş günündə xəstəni itirməkdən qorxurmuş. Kişi nəfəs almağa başlayıb və tibbi səbəblə komaya salınıb. Yalnız üç gündən sonra oyanıb. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar