Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapdı

Tarix: 27-07-2024 23:04     Baxış: 382 A- / A+
40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqdan sonra ailəsinin həyatı həmişəlik dəyişib.

Hindistanlı Raju Qond dövlətdən torpaq icarəyə götürərək almaz tapmağa çalışıb.
Raju Qond adətən gündə təxminən 4 dollar qazanır, böyük ailəsini dolandırmaq üçün hər işi görüb. O, Madhya Pradeş ştatında tarlalarda və ya almaz mədənlərində işləyib.

Bəzən 40 yaşlı kişi kiçik qardaşı Rakeşlə birlikdə 64 kvadratmetrlik dövlət torpağını gündə 9,50 dollar qarşılığında becərməklə məşğul olub.

Həyatının şansını gətirən tapıntını da məhz burada qazanıb. Onun sözlərinə görə, iyulun 24-də əlinin altındakı daşı hiss edəndən sonra ürəyi daha tez-tez döyünməyə başlayıb. O, almazın üstünü təmizləyərkən, getdikcə daha parlaq əşya görüb.

"Mən dərhal onun almaz olduğunu başa düşdüm!"- Qond müsahibəsində bildirib.
O, əvvəlcə tapıntısını ailəsinə göstərib, daha sonra daşın qiymətləndirilməsi üçün “Panna Diamond” Ofisinə gedib.

Rəsmi almaz eksperti Anupam Singh almazı çəkib və 19,22 karatlıq ağ almaz olduğu məlum olub. Almazın dəyəri 100.000 dollar dəyərində qiymətləndirilib.
Sinq əlavə edib ki, Panna rayonu zəngin almaz ehtiyatları ilə məşhurdur.

“1961-ci ildə kimsə 54,55 karatlıq almaz, sonra 2018-ci ildə başqa biri 42 karatlıq almaz tapdı, indi isə bu”- deyən Singh bu ilin əvvəlində daha kiçik brilyantların da tapıldığını bildirib.

Ola bilsin ki, Qond bu kəşfi hava şəraiti sayəsində edib. İki ay əvvəl mussonlar bölgəni vuraraq torpağı yuyub, qızıl mədənçilərinin işini daha da asanlaşdırıb. Buna görə də hindli bəxtini sınamaq qərarına gəlib. Dövlət torpaqlarında brilyantları axtarmaq üçün maraqlı şəxslər anket doldurmalı, şəxsiyyətini təsdiq edən sənəd, fotoşəkilləri təqdim etməli və hökumətə 800 rupi (9,50 dollar) ödəməlidir.

Almaz eksperti Singh, hökumətin yerli məmurların nəzarəti altında qiymətli daşlar axtarmaq istəyən ailələrə kiçik mədənləri icarəyə verdiyini bildirib. Hökumət hər hansı tapıntı üçün 11,5% rüsum, kiçik məbləğdə bir vergi alır və qalanını tapana verir. 

Singh, almaz səlahiyyətlisinin hərracdan əvvəl inventarının dəyərinin 360.000 dolları keçənə qədər gözləyəcəyini və bundan sonra Qondun ödənişini alacağını əlavə edib.

Qond isə artıq bank hesabı açıb və səbirsizliklə pulun yatırılmasını gözləyir.
“Həyatımız həmişəlik dəyişdi" - deyə o bildirir.

“İlk işim 6 min dollarlıq borcumu ödəmək olacaq, sonra bütün uşaqların təhsilinə sərmayə qoyacağıq, evlər tikəcəyik, bir az torpaq və bəlkə də traktor alacağıq”.

Onun sözlərinə görə, son vaxtlar dolanışığı çətinləşib. Ailəsinə valideynləri, həyat yoldaşı,yeddi övladı və kiçik qardaş-bacısının ailələri daxildir.

Uşaqlıqda ata və babası Qonda yerdən almaz tapan insanların hekayələrini və bundan sonra ailənin taleyinin necə dəyişdiyini danışırdılar. Bu gün isə Qond deyir ki, onun gələcəkdə bölüşmək üçün öz hekayəsi var. sfera.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar