Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

DİN əməliyyat keçirdi: Saxlanılanlar var - VİDEO

Tarix: 26-07-2024 19:15     Baxış: 472 A- / A+
DİN əməliyyat keçirdi: Saxlanılanlar var (VİDEO)
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, narkotik vasitələrin kultivasiyası və dövriyyəsi ilə məşğul olan, eləcə də dələduzluq yolu ilə vətəndaşların maddi vəsaitini ələ keçirən şəxslərə qarşı paytaxt və bölgələrdə əməliyyatlar keçirib.


Bu barədə DİN-dən məlumat verilib.

Bildirilib ki, tədbirlər zamanı saxlanılan 3 nəfərin hər birindən "Kalaşnikov” avtomatı, daraqlar və 103 ədəd patron aşkarlanıb.

İdarə əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyatlar zamanı isə əvvəllər məhkum olunmuş Diyanət Ağadadaşov, Tərlan Cəfərov, tanışı Aygün Hacıyeva və Məhəmməd Abuşov saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 26 kiloqram marixuana, heroin, psixotrop maddə metamfetamin, eləcə də 51 ədəd kultivasiya yolu ilə xüsusi qulluq edilərək yetişdirilən çətənə kolu aşkarlanıb.
M.Abuşovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqla yanaşı özünü dövlət orqanlarının vəzifəli şəxsi kimi təqdim edərək vətəndaşların maddi vəsaitlərini dələduzluq yolu ilə ələ keçirdiyi də müəyyən edilib.

Faktlarla bağlı Baş İdarədə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Onların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar