Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda oğul qaraciyərini anasına verdi

Tarix: 25-07-2024 11:25     Baxış: 491 A- / A+

Uzun illərdir qaraciyər çatışmazlığından əziyyət çəkən anaya öz oğlu donor olub.
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, Hacıqabul rayonunun sakini Elçin Qəniyev anası Tamam Qəniyevaya öz qaraciyərini verib.
Elçin Qəniyev evin tək övladıdır. Amma anası üçün heç düşünmədən sağlamlığını fəda edib. Valideyni razı olmasa da, o, israr edərək belə bir addım atıb. 10-15 ildir qaraciyər çatışmazlığından əziyyət çəkdiyini deyən Tamam Qəniyeva bildirib ki, imkanları olmadığına görə, əməliyyat etdirə bilməyib:
"Çox pis vəziyyətdə idim. Həkim zəng edib dedi ki, baş həkim sizi çağırır. Dedilər, əməliyyat sığorta ilə ediləcək, amma donor lazımdır. Oğlum məndən qabaq dedi ki, donor olacağam. Mən razılıq vermədim. Oğlum çox israr etdi, dedi ki, bizi başsız qoyacaqsan? Şükür, indi vəziyyətimiz yaxşıdır. Oğlum da, mən də yaxşıyam".
Qeyd edək ki, Hacıqabulda yaşayan Qəniyevlər ailəsinin maddi durumu çox zəifdir. Üç azyaşlı övladı olan Elçin Qəniyev əməliyyat olunduğu üçün hazırda heç bir işdə işləmir. Onun atası İxtiyar Qəniyev isə ailəni fəhləliklə dolandırır.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar