Sizin Reklam Burada
Xəbər lenti
27-09-2025
12:56
 
26-09-2025
25-09-2025
BÜTÜN XƏBƏRLƏR

Həbsdə olan general vaxtından əvvəl azadlığa çıxmaq istəyir

Tarix: 25-07-2024 11:05     Baxış: 3131 A- / A+
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, hazırda həbsdə olan, general-mayor Elçin Quliyevin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət olunub.

Manevr.az report-a istinadla xəbər verir ki, həbsdə olan general və həyat yoldaşı Xəzər rayon Məhkəməsinə müraciət edərək onun vaxtından əvvəl şərti olaraq azadlığa buraxılmasını istəyib.
İş hakim Hüseyn Hüseynlinin icraatına verilib.
Qeyd edək ki, Elçin Quliyevin daha bir müraciəti hazırda Xəzər rayon Məhkəməsində hakim İlham Cəfərzadənin icraatında araşdırılır. Həmin müraciətində Elçin Quliyev səhhətində olan problemlərlə əlaqədar cəzadan azad edilməsini xahiş edir. Məhkəmə məhkumun xəstəliyini müəyyən etmək üçün ekspertiza təyin edilib.
Xatırladaq ki, Elçin Quliyev 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə general 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun rütbədən məhrum edilməsi barədə ölkə Prezidentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edib.
E.Quliyevə qarşı Dövlət Təhlükəsizliyi Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub. Təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar