Xəbər lenti
Prokurorluq "oxu.az"a xəbərdarlıq etdi
Qanunvericiliyə əsasən vətəndaşların ailə və şəxsi həyatına aid sirr olan məlumatların, istintaq sirrinin, zorakılıq və qəddarlığı təbliğ edən və ya cinayət əməllərinə haqq qazandıran məlumatların yayılması yolverilməzdir.
Manevr.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir.
Məlumatda, həmçinin bildirilir:
"Təəssüflə bildiririk ki, iyulun 24-də “oxu.az” xəbər saytı tərəfindən qanunvericiliyin tələbləri pozularaq Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq olunan cinayət işi üzrə istintaq sirrini təşkil edən, zərərçəkmiş şəxs Ayşən Kazımovaya aid şəxsi və ailə sirrini açıqlayan, habelə iş üzrə digər halları əks etdirən, qanunvericiliklə yayılması qadağan edilən məlumatların yer aldığı videogörüntü ictimailəşdirilib.
Nəzərə alınmalıdır ki, Cinayət Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, ibtidai araşdırma məlumatları jurnalistlər tərəfindən yalnız müvafiq olaraq müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə ibtidai araşdırmanın maraqlarına zidd olmayan və cinayət prosesinin digər iştirakçılarının hüquq və qanuni mənafelərini pozmayan həddə yayıla bilər.
Baş Prokurorluq tərəfindən “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən “oxu.az” xəbər portalına paylaşılan həmin videogörüntülərlə bağlı rəsmi xəbərdarlıq olunub. Odur ki, media subyektlərindən cinayət işləri üzrə məlumatlar ictimailəşdirilən zaman həssaslıq nümayiş etdirməklə qanunvericiliyin tələblərinə riayət etməyi, rəsmi qurumla dəqiqləşdirmə aparmadan məlumatların yayılmasından çəkinməyi xahiş edirik”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar