Xəbər lenti
Ağadadaş Ağayevin baltaladığı qadın niyə gizlədilir? - YENİ FAKTLAR

Qeyd edək ki, onların hər ikisi barədə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.
Hadisədə zərərçəkən üçüncü şəxs isə "MedEra" klinikasında xadimə işləyən N.Paşayevadır. Belə ki, müğənni Ağadadaş Ağayevin atdığı baltanın onu ayağından yaraladığı bildirilir. Dünəndən bəri hadisənin bir çox təfərrüatlarına aydınlıq gətirilsə də, təəssüf ki, gün ərzində N.Paşayevanın müalicəsi və səhhəti barədə çalışdığı klinika tərəfindən heç bir açıqlama verilmədi.

Manevr.az xəbər verir ki, Bakupost.az -ın məsələ ilə bağlı "MedEra" klinikasına ünvanladığı suallar cavabsız qaldı.
Klinikadan N.Paşayevanın hazırda səhhətinin necə olduğu, xəstəxanada olduğu, yoxsa evə buraxıldığı barədə suallarımıza "Bu barədə bizdə məlumat yoxdur" cavabını verdilər.
Klinikaya yaxın mənbələrdən aldığımız məlumata görə, N.Paşayeva məlum insident zamanı ayağından yüngül xəsarət alıb. Onla klinikada ilkin tibbi yardım göstərilib. Dünən o, artıq evə buraxılıb. Məlumatlı mənbə klinika rəhbərliyinin həmin qadına və tibbi personala hadisə barədə mediaya heç bir açıqlama verməmək barədə qəti göstəriş verdiyini də vurğuladı.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar