Sizin Reklam Burada
Xəbər lenti
27-09-2025
12:56
 
26-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ağadadaş Ağayevin baltaladığı qadın niyə gizlədilir? - YENİ FAKTLAR

Tarix: 24-07-2024 12:37     Baxış: 4186 A- / A+

Tanınmış müğənni, Xalq artisti Ağadadaş Ağayevlə "MedEra" klinikasının mühafizəçisi N.Cəlilov arasında dava hələ də müzakirə olunmaqdadır.
Qeyd edək ki, onların hər ikisi barədə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.
Hadisədə zərərçəkən üçüncü şəxs isə "MedEra" klinikasında xadimə işləyən N.Paşayevadır. Belə ki, müğənni Ağadadaş Ağayevin atdığı baltanın onu ayağından yaraladığı bildirilir. Dünəndən bəri hadisənin bir çox təfərrüatlarına aydınlıq gətirilsə də, təəssüf ki, gün ərzində N.Paşayevanın müalicəsi və səhhəti barədə çalışdığı klinika tərəfindən heç bir açıqlama verilmədi.

Manevr.az xəbər verir ki, Bakupost.az -ın məsələ ilə bağlı "MedEra" klinikasına ünvanladığı suallar cavabsız qaldı.
Klinikadan N.Paşayevanın hazırda səhhətinin necə olduğu, xəstəxanada olduğu, yoxsa evə buraxıldığı barədə suallarımıza "Bu barədə bizdə məlumat yoxdur" cavabını verdilər.
Klinikaya yaxın mənbələrdən aldığımız məlumata görə, N.Paşayeva məlum insident zamanı ayağından yüngül xəsarət alıb. Onla klinikada ilkin tibbi yardım göstərilib. Dünən o, artıq evə buraxılıb. Məlumatlı mənbə klinika rəhbərliyinin həmin qadına və tibbi personala hadisə barədə mediaya heç bir açıqlama verməmək barədə qəti göstəriş verdiyini də vurğuladı.








Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar