Xəbər lenti
"WhatsApp"da internet olmadan işləyən yeni funksiya var

"WABetaInfo" xəbər verir ki, yenilik "WhatsApp"ın "iOS" üçün "24.15.10.70" nömrəli beta versiyasında müşahidə edilib və onu "TestFlight"da yükləmək olar. Yaxınlıqda yerləşən qurğular arasında sənədləri, fotoları, videoları və digər faylları ötürməyə imkan verən oxşar funksiya əvvəllər mesencerin "Android" sınaq versiyasında müşahidə edilib. Bununla belə, yaxınlıqdakı cihazları aşkar etmək üçün avtomatik aşkarlama metodundan istifadə edən "Android" versiyasından fərqli olaraq, "iOS" versiyası faylları paylaşmaq üçün QR-kodu skanerdən keçirmək tələb olunur.
Yeniliyin internet bağlantısı qeyri-sabit və ya bahalı olan istifadəçilər tərəfindən yüksək qiymətləndiriləcək foto və videolar kimi böyük faylların yüksək təsvir ölçüsündə ötürülməsi prosesini xeyli sadələşdirəcəyi ehtimal olunur.
Bu funksiya "Android" və "iOS"da mövcud olacaq və ötürülən məlumatları qorumaq üçün başdan-başa şifrələnəcək. Yenilik hələ ilkin mərhələdədir, ona görə də onun mesencerdə istifadəyə verilmə tarixi açıqlanmayıb. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar