Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Müxtəlif qurumların serverlərinə kiberhücumlar edən şəxs saxlanıldı

Tarix: 23-07-2024 18:15     Baxış: 379 A- / A+

Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat-texniki tədbirlər nəticəsində özünü internet saytlarının təhlükəsizlik məsələləri üzrə mütəxəssisi kimi təqdim edən Rəcəbov Şahin Rəcəb oğlu saxlanılıb.
Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Şahin Rəcəbov müxtəlif müəssisə və təşkilatlara zəng edərək özünü internet saytlarının təhlükəsizlik məsələləri üzrə mütəxəssisi kimi təqdim edib müəssisə və təşkilatlara məxsus domenlərin yerləşdiyi server və elektron xidmətlərin onun nəzarəti altında olduğunu, habelə həmin müəssisələrə saxta hesab-fakturalar göndərərək təcili ödəniş etmələrini, əks təqdirdə onlayn xidmət sahələrinin fəaliyyətini tam dayandıracağını qeyd edib.
"O, bu yolla domen və serverlərin bağlanmaması üçün obyekt sahiblərindən qanunsuz pul vəsaitləri tələb edib. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Bənzər hallarla qarşılaşan vətəndaşlar bu barədə Baş İdarəyə məlumat verə bilərlər", - məlumatda qeyd olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar