Xəbər lenti
Azərbaycanda un ucuzlaşdı

İyulunun 18-dən etibarən istehsalçılar unun qiymətini 1 manatdan çox azaldıblar.
Açıqlanan rəsmi məlumatda ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 26,8-28,5 manat aralığında dəyişir. Ötən ay bu rəqəm 28,3-29,5 manat təşkil edirdi. Ən ucuz un növü "Dəvəçi-Taxıl" MMC, ən bahalısı isə "Azeri-Arapoğlu U.S. və T.LTD" BM tərəfindən bazara təqdim olunur.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bununla bağlı açıqlamasında deyib ki, ölkədə unun qiymətinin artımına heç bir əsas yoxdur:
"Hətta Rusiyadan idxal etdiyimiz buğdanın qiymətində çox cüzi artım olsa da, ümumilikdə apardığımız hesablamalar göstərir ki, son bir neçə ayda ucuzlaşma müşahidə olunur. Çünki taxıl idxalçıları həmişə beş-altı aylıq ehtiyat yığırlar. Dövlət Taxıl Fondu da bununla bağlı açıqlama vermişdi ki, Azərbaycanın buğda ehtiyatı altı ay müddətinə kifayət edir. Yəni biz altı ay bundan sonra buğdaya olan ehtiyacımızı tam ödəyə bilərik".
Son aylar rəsmi məlumatda un məmulatlarının qiymətində artımın qeydə alındığını xatırladan ekspert bildirib ki, buna baxmayaraq, bu dövrdə buğdanın idxal dəyərində və qiymətində enmə müşahidə edilir: iqtisadiyyat.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar