Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kosmik hava proqnozu açıqlandı

Tarix: 22-07-2024 19:19     Baxış: 394 A- / A+


Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan bildirilib ki, Günəşin səthində ləkələrin sayı qismən azalaraq 13 ləkə qrupunda 200 ləkə müşahidə olunur. Həftə ərzində Yerə istiqamətlənmiş bir neçə tac kütlə atılması qeydə alınıb.
Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 423 kilometr/saniyə olub. Hazırda Günəş küləyinin sürəti normaldır (294 kilometr/saniyə).
Geomaqnit sahəsi sakit səviyyədə olub.
İyulun 22-dən 28-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 60 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 15 faiz təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə S1 səviyyəsinə yüksəlməsi ehtimalı var.
Geomaqnit sahəsinin iyulun 21-də baş vermiş plazma atılması iyulun 24-də Yerə çatarsa G1 (zəif) səviyyəli geomaqnit qasırğası ola bilər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar