Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ramin İsayevin işi üzrə şok yeyinti - 54 milyon!

Tarix: 22-07-2024 10:49     Baxış: 398 A- / A+
“SOCAR-AQŞ” MMC-nin sabiq baş direktoru Ramin İsayevin 1 il davam edən ibtidai istintaqı başa çatıb.
Manevr.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan istintaqın gedişində cinayət işi üzrə başqa epizodlar üzə çıxıb.
R.İsayevin əməlləri nəticəsində dəymiş ziyan 4 dəfəyə yaxın artaraq (əvvəl 16 milyon idi-red) 54 milyon manat təşkil edib. Müəyyən edilib ki, eks-baş direktor qazancının həqiqi mənbəyini gizlətmək məqsədilə qeyd olunan pul vəsaitlərinin 16 milyon manat təşkil edən hissəsini təkrar leqallaşdırıb.
Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və israfetmə -xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə yanaşı, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) maddələri ilə yekun ittiham verilib.
İş üzrə “SOCAR-AQŞ”dən başqa, “Abşeron Qazma” MMC və “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatına da zərər dəyib.
Bu günlərdə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işinin digər detalları ilə bağlı məhkəmə istintaqı dövründə məlumat verəcəyik.
Qeyd edək ki, Ramin İsayev 2020-ci ildə “SOCAR-AQŞ” MMC-nin baş direktoru vəzifəsindən azad edilib. Ötən ilin iyulunda həbs edilib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar